Bakıda restoranda - ÖLÜM HADİSƏSİ

10.03.2016 17:42     Sosreaksiya     1253

Bakıda restoranda ölüm hadisəsi baş verib.
 
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən “Tropikanka” restoranında qeydə alınıb. Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.
 
İlkin ehtimala görə, E. Səfərəliyev ürək tutmasından ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Şərhlər