Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

11.03.2016 09:52     Sosreaksiya     806

Bu gün Bakının Sabunçu, Binəqədi, Xəzər, Səbail, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA_Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 11-də saat 10:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində, Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər

Çox oxunanlar