Saday Şəkərlinin məhkəməsi təxirə salındı
11.03.2016 11:06 Sosreaksiya 891
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi.
Reaksiya.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyev sədrlik etdiyi hazırlıq iclasının martın 28-nə kimi təxirə salındığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.
Şərhlər