Bakıda yeni doğulan körpə atılıb
11.03.2016 12:57 Sosreaksiya 806
Bakıda Yasamal rayon sakini Çimnaz İsmayılova qapısının qarşısında yeni doğulan oğlan uşağı tapıb.
Reaksiya.info xəbər verir ki, bu barədə Sputnik.az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.
61 yaşlı qadının sözlərinə görə, o, körpəni saat 18.00-da tapıb. Bir gün uşağı evində saxlayan İsmayılova onu polis əməkdaşlarına təhvil verib.
Hüquq-mühafizə orqanı əməkdaşları 8 saylı təcili yardım stansiyasının həkimləri ilə birgə körpəni 1 saylı uşaq evinə veriblər.
Uşağın anası hələlik müəyyən edilməyib.
Şərhlər