Şadlıq sarayı satan məcburi köçkünə 400 min manat "atdılar"
11.03.2016 14:28 Sosreaksiya 983
Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib.
Cəbrayıl rayon sakini, 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.
(Report.az)
Şərhlər