Kəmaləddin Heydərov İranın Sərhəd Qoşunlarının komandanını qəbul edib
11.03.2016 14:57 Sosreaksiya 926
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi səmimi görüşə görə təşəkkürünü bildirib, Novruz bayramı ərəfəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər