Əmisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
11.03.2016 15:14 Sosreaksiya 784
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.
Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.
Şərhlər