AZAL-dan yeni aksiya - bir aviabilet al, ikincini pulsuz əldə et

11.03.2016 17:19     Sosreaksiya     958

“Azərbaycan Hava Yolları” (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 18 - 27 mart, 2016-cı il Uçuşların müddəti : 1 aprel - 31 may, 2016-cı il Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

 

(Teleqraf.com)

Şərhlər

Çox oxunanlar