Beşmərtəbəli binadan özünü atmaq istəyir - Ağcəbədidə intihara cəhd

11.03.2016 17:31     Sosreaksiya     1126

Bu dəqiqələrdə Ağcəbədidə bir nəfər intihara cəhd edir.

Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, Kənan Bağırov adlı bir şəxs Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binaya qalxaraq özünü atmaq istəyir. Onun 30-35 yaşlarında olduğu bildirilir. K.Bağırovun hansı səbəbdən intihara cəhd etməsi hələki bilinmir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Şərhlər

Çox oxunanlar