Gəncədə qıza görə dava düşdü: yaralanan var
12.03.2016 10:15 Sosreaksiya 1152
Gəncədə dava bıçaqlanma ilə nəticələnib.
Reaksiya.info Report.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 22 yaşlı Sənan Kənan oğlu Mərdanov tanışı olduğu qıza görə, hələki adı məlum olmayan şəxslə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və nəticədə Sənan Mərdanov bıçaqlanıb.
Ağır bədən xəsarətləri alan gənc dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğundan əməliyyat edilib.
Cərrahiyyə şöbəsinin həkimi Bəxtiyar Əliyevin verdiyi məlumata görə, gəncin vəziyyəti orta ağır oaraq qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, hadisənin təfərrüatları araşdırlır.
Şərhlər