Azərbaycanda KAMAZ aşıb, 28 yaşında oğlan ölüb
12.03.2016 10:39 Sosreaksiya 1137
Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.
Reaksiya.info-nun APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.
KAMAZ markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.
Avtomobildə meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Şərhlər