Bakıda Novruz yarmarkaları başladı – ÜNVANLAR
12.03.2016 10:50 Sosreaksiya 952
Yarmarkalar martın 20-dək davam edəcək.
Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
“Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Eyni zamanda, yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq”, - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:
Bakı şəhəri üzrə:
1. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
2. Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
3. Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
4. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
5. Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxılıgı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
- 12-ci mikrorayon
- köhnə avtovağzalın yanı
Abşeron rayonu üzrə:
Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)
Şərhlər