Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü - 1 ölü, 4 yaralı

12.03.2016 11:09     Sosreaksiya     1096

Yevlax rayonunda ağır yol qəzası baş verib. 

Saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.

 

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

(Lent.az)

Şərhlər

Çox oxunanlar