Yol polisindən 5 min manatlıq cərimə ilə bağlı açıqlama - VİDEO

12.03.2016 11:37     Sosreaksiya     1140

Belə avtomobilləri yükləyən şirkətləri də cərimə gözləyir.
 
Yük avtomobillərinin normadan artıq yüklənilməsinə yol polisi daha ciddi nəzarət edəcək. Bunun üçün yol polisləri əvvəllər Nəqliyyat Nazirliyinin balansında olan tərəzilərdən də istifadə edəcək. Bundan başqa, yol polisləri daşına bilən tərəzilər vasitəsi ilə də istənilən yerdə yük maşınlarını saxlatdıraraq onun çəkisini ölçə bilərlər. Artıq yük götürən sürücülərin yükləri öz hesablarına boşaldılacaq və onlara yerində protokol tərtib ediləcək. Üstəlik, belə avtomobilləri yükləyən şirkətləri də cərimə gözləyir.
 
Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komisyasının qərarına əsasən isə, yük maşınlarının şəhərə giriş saatları da dəyişdirilib.
 
 
(Bizimyol.info)

Şərhlər

Çox oxunanlar