Bakıda dəhşətli qəza: "KamAZ"lar bir-birinə girdi - FOTOLAR

06.07.2015 12:07     Sosreaksiya     3189

Bakının Qaradağ rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistral yolunda ötmə əməliyyatını düzgün yerinə yetirməyən ağır tonnajlı yük maşını qarşıdan gələn iki "KamAZ"la toqquşub.

Qəza nəticəsində "KamAZ" sürücüsü Şıxaliyev Namiq Asif oğlunun qabırğası sınıb. Digər yük maşınında olan sürücü isə yüngül xəsarət alıb. Hadisə baş verən yolda uzun müddət tıxac yaranıb. 

Dəhşətli qəzadan görüntüləri sizə təqdim edirik:





Bakı səhəri qəza ilə açdı. 

Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması və yollarda təhlükəsizliyi təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Bu planda Bakıya yük avtomobillərinin yalnız saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif olunur. Hazırda həmin Komissiyada sözügedən təkli müzakirə olunur. Təkliflər qəbul edilərsə, yük maşınları paytaxta yalnız müəyyən bir müddətdə daxil ola biləcək. Bu isə şəhər daxilində həm sıxlığın, həm də bu cür faciəvi qəzaların qarşısını alacaq. 




Ələt-Astara magistral yolunda baş verən qəza

 

Şərhlər