ASAN Xidmətdə ölüm hadisəsi

14.03.2016 16:47     Sosreaksiya     919

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzində ölüm hadisəsi baş verib.

 

Reaksiya.info Report-a istinadən xəbər verir ki, ASAN Xidmət mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə "Təcili tibbi yardım" çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, ürək xəstəliyindən əziyyət 70 yaşlı kişi ölüb.


Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar