Bankdan götürdüyü 2 milyon dolları geri qaytarmır - BAKIDA KREDİT DAVASI

14.03.2016 17:58     Sosreaksiya     1157

Biznesmenin adına 2 milyon dollar götürülüb.
 

Bakı sakini tanışının onun adından götürdüyü krediti geri qaytarmaması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lent.az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü, Binəqədi sakini Abbasov Ruslan Xalid oğlunun ərizə yazaraq bildirib ki, 2014-cü ilin 18 avqust tarixində tanışı Qarayev Rafail Nüsrət oğlu kommersiya banklarından birindən onun adına etibarından sui-istifadə edərək 2 milyon ABŞ dolları kredit götürüb. Lakin həmin şəxs müəyyən bəhanələrlə pulu ödəməyib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən R.Abbasov biznesmendir və şirkət təsisçisidir. Bankdan krediti götürən R.Qarayev də iş adamıdır.

 

Müraciət əsasında araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar