Tovuzda 60 yaşlı kişi qətlə yetirildi

14.03.2016 18:29     Sosreaksiya     1019

Tovuz rayonunda qətl hadisəsi baş verib. 

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 

Kənd sakini, 1956-cı il təvəllüdlü Qulu Alıməmmədov yaşadığı evdə qətlə yetirilib. Qulu Alıməmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti martın 13-də evində aşkar olunub.  Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar