Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
15.03.2016 12:16 Sosreaksiya 766
Azərbaycanın daxili işlər orqanları Novruz bayramı ərəfəsində və bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Reaksiya.info Gün.Az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.
Nazirlikdən bildirilib ki, Bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.
Şərhlər