Azərbaycanda yeni pensiya formulu tətbiq olunacaq
15.03.2016 14:58 Sosreaksiya 922
Pensiya islahatı konsepsiyasının reallaşdırılması, yaxın və uzaq perspektivdə pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılması məqsədilə qanunvericiliyə dəyişikliklər ediləcək.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdeyib.
Onun sözlərinə görə, bu sahədə fond aidiyyatı qurumlarla birgə müvafiq dəyişikliklər hazırlayıb: "Hazırda layihə hökumətdə müzakirə olunur. Hesab edirəm ki, qəbul ediləcək qərarlar sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına və bu əsasda vətəndaşların pensiya təminatının daha da gücləndirilməsinə öz töhfəsini verəcək”.
E. Mehdiyev əlavə edib ki, ilk növbədə qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur: "Yeni formulun tətbiqi həm ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin adekvatlılığının təmin olunmasına imkan yaradacaq. Həm də dövlətin öhdəlikləri ilə, sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək".
Şərhlər