Mehdiabadda yanğın - İki azyaşlı uşaq öldü

15.03.2016 16:51     Sosreaksiya     1211

Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları - 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən hər ikisi yolda ölüb.

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar