“Sovetski”də güclü partlayış - FOTOLAR

16.03.2016 19:30     Sosreaksiya     1528

Bu saatlarda Bakının “Sovetski” ərazisində yanğın hadisəsi baş verir.

Gun.az-ın hadisə yerində olan əməkdaşının məlumatına əsasən, adıçəkilən ərazidə, sökülməyən həyət evlərinin birində güclü partlayış olub.  

Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından etibarən ərazidə təbii qazın verilməsində fasilə yaranıb. 

Təxminən 18:00-da, qazın verilməsindən sonra partlayış olub. Ehtimal olunur ki, ev qaz sızması nəticəsində partlayıb.

Ölən və ya yaralananların olması ilə bağlı hələ ki, məlumat yoxdur.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Şərhlər

Çox oxunanlar