Şəmkirdə 16 yaşlı qız dərmandan zəhərlənib

17.03.2016 09:51     Sosreaksiya     1099

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

 

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbaslı kənd sakini, 2000-ci il təvəllüdlü Çəmən Ələsova dərman zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən Ç. Ələsova həkimin ona təyin etdiyi dərman həblərini həddindən çox qəbul etdiyi üçün zəhərlənib.

Şərhlər

Çox oxunanlar