Tbilisidə Riyaziyyat İnstitutunun binası uçub: həlak olanlar var

06.07.2015 14:05     Sosreaksiya     1840

Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Zədələnən işçilər ən yaxın klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.

Şərhlər

Çox oxunanlar