Azərbaycanda dəhşətli yol qəzası - ölənlər var

17.03.2016 10:47     Sosreaksiya     1049

Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib.
 
Belə ki, rayon ərazisində "VAZ 2106" və "VAZ 2109" markalı iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə ağır xəsarət alıb.
 
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
(Lent.az)

Şərhlər

Çox oxunanlar