Rauf Mirqədirov azadlığa buraxıldı - FOTOLAR - VİDEO

17.03.2016 11:59     Sosreaksiya     927

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilib.

 

Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, məhkəmə Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib. 

 

Məhkəmə zalından azadlığa buraxılan Rauf Mirqədirov jurnalistlərə açıqlamasında onu müdafiə edənlərə təşəkkür edib, səhhətində problemlər olduğunu deyib. 

 

R. Mirqədirov bildirib ki, məhkəmənin şərti qərar qəbul etməsi bərəat almaq demək deyil: "Bəraət almağa çalışacağam". 

 

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

 

 

Şərhlər

Çox oxunanlar