Müdafiə Sənayesinin zavadunda ölən şəxsin kimliyi bilindi

06.07.2015 14:42     Sosreaksiya     1904

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Şərhlər

Çox oxunanlar