Bakıda ticarət mərkəzindən qızıl oğurlayan qadın tutuldu

17.03.2016 16:17     Sosreaksiya     647

Bakıda oğurluq etmiş Yevlax rayon sakini tutulub.

Virtualaz.org DİN-in saytına istinadən bildirir ki, martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada işləyənlər - Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanıb.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Şahsuvarova tutulub.

Şərhlər

Çox oxunanlar