Bu ərazilərdə sel təhlükəsi var - Açıqlama

17.03.2016 17:33     Sosreaksiya     842

"Bu il Azərbaycanın hansı ərazilərində və çaylarında sel təhlükəsi olacağı artıq məlumdur".

Bunu jurnalistlərə açıqlamasında AMEA Coğrafiya İnstitutun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın sel təhlükəsi olan ərazilər və çayları haqqında məlumatların toplandığı baza yoxdur: "Bu məlumatları bir yerə yığaraq nizamlamaq lazımdır".

Direktor bildirib ki, Azərbaycanda bu il üçün sel təhlükəsi olan çaylar əsasən Böyük Qafqazın cənub yamacının çaylarıdır: "Bu il Kiş, Girdiman, Kürmük və digər çaylarda sel təhlükəsi var. Kiçik Qafqazda da bəzi çaylar - Şəmkir, Ağstafa çayları, eləcə də cənub bölgəsində, Lənkəran-Talış zonasında olan çaylarda da sel təhlükəsi var, amma həmin çaylarla bağlı vəziyyət elə də pis deyil".

 


 (Report.az)

Şərhlər

Çox oxunanlar