Toy günü arvadını öldürdü

18.03.2016 10:46     Sosreaksiya     1072

Ucarda qətl törədilib.

 Reaksiya.info  xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisəni törədən R. Nəsirov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Çox oxunanlar