Vasif Talıbovdan ilginc - QADAĞA

18.03.2016 15:12     Sosreaksiya     1107

Həmişə qeyri-adi qərarları ilə diqqəti çəkən Naxçıvan Ali Sovetinin rəhbəri daha bir maraqlı qərarla diqqət mərkəzinə gəlib.
 
Muxtar Respulika rəhbəri bu dəfə telefonlarla bağlı qadağa qoyub.
 
Belə ki, Naxçıvan Muxtar Respublikasında smartfon və android tipli telefonlarla bütün idarə-müəssisələrə giriş yasaqlanıb. Qadağa orta məktəblərdən tutmuş dövlət idarələrinə, Ali Məclisə qədər bütün ictimai-iaşə obyektlərinə tətbiq edilib. Qərarına Vasif Talıbov tərəfindən verildiyi deyilsə də, səbəbi açıqlanmır.
 
Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Parlamentin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir.
 
 
(Qaynar.info)

Şərhlər

Çox oxunanlar