Hacı Nuran: Hələ yarım il müalicə alacam
18.03.2016 17:24 Sosreaksiya 878
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ölkəyə gələn I Avropa Oyunlarının ən aktiv ulduz elçisi könüllülər üçün təşkil edilən Novruz şənliyinə qatılıb.
Tanınmış aparıcı sürpriz şəkildə ictimaiyyət arasına çıxıb. Belə ki, o, könüllülər üçün təşkil edilən Novruz şənliyində sehirbazın nömrəsi ilə səhnədə görünüb.
Böyük coşqu ilə qarşılanan Nuran Hüseynov bu səfərin özü üçün gözlənilməz olduğunu deyib:
“Belə bir təklif gələndən sevincimdən uçuram. Neçə ildir Novruz bayramını evimdə keçirmirəm”.
Teleaparıcı bayramdan sonra yenidən Almaniyaya qayıdacağını vurğulayıb:
“Lap əla deyiləm. Hələ yarım il müalicə alacam. Sentyabrdan Bakıya qayıdacam”
(Oxu.az)
Şərhlər