Badamdar yarmarkasında satıcı hegemonluğu...

19.03.2016 20:21     Sosreaksiya     897

 

Hər həftəni şənbə və bazar günləri Badamdar qəsəbəsində təşkil olunan yarmarkalarda kəndçilərdən çox alverçilər olur. 

 
Bunu Moderator.az -a açıqlama verən Badamdar sakinləri bildirib. 
 
Sakinlərin sözlərinə görə, Badamdar yarmarkasında satışı təşkil olunan məhsulların əksəriyyəti qəsəbəyə yaxın ərazi olan Meyvəli bazarından gətirilir. Əməkdaşımız yarmarkada müşahidə apararaq şahid oldu ki, yarmarkada həqiqətən də satıcılar hegemonluq edir. Belə ki, yarmarkada satılan Rusiya, Türkiyə, İran istehsalı olan kartof, pomidor, bibər, portağal, naringi, armud, almanı Azərbaycan kəndçilərinin əkmədiyi dəqiqdir. 
 
Maraqlıdır ki, bu gün Quba sakinləri məhsullarını rayonda sata bilməyib heyvanlara yem etdiyi bir vaxtda, yarmarkalarda xaricdən gətirilən meyvə və tərəvəz çox baha qiymətə alıcılara təqdim olunur.
 
 
 

 

Şərhlər

Çox oxunanlar