Saxlanıldığı iddia edilən AXCP fəalı sərbəst buraxılıb
20.03.2016 13:37 Sosreaksiya 1078
Zamin Talıbovla polis bölməsində söhbət aparılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəsimi rayon şöbəsinin fəalı Zamin Talıbov sərbəst buraxılıb. Yardımlı polisindən ANS PRESS-ə verilən məlumata görə, Zamin Talıbov polis bölməsinə dəvət olunub və onunla söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. O polis tərəfindən saxlanılmayıb.
Martın 20-də KİV-də gənc fəalın Yardımlıda polis tərəfindən saxlanılaraq yerli şöbəyə aparılması haqda məlumat yayılıb.
Azadliq.info-nun yazdığına görə, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Z.Talıbov Facebook sosial şəbəkəsində blogger və fəal gənc kimi tanınır.
Şərhlər