Bakıda 21 yaşlı oğlan ana qatili oldu - Hadisə
07.07.2015 09:51 Sosreaksiya 1966

Bakıda 21 yaşlı oğlu 45 yaşlı anasını amansızcasına öldürüb.
Nizami Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində 1970-ci il təvəllüdlü anası Tahirə Zöhrabovaya bıçaqla xəsarətlər yetirərək öldürüb.
S.Zöhrabov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Şərhlər