Brüsseldəki partlayışlarda Azərbaycan vətəndaşlarının xəsarət alıb-almaması araşdırılır
22.03.2016 13:55 Sosreaksiya 955
Xarici İşlər Nazirliyi ölkənin Belçikadakı səfirliyinə tapşırıq verib.
Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar. Bunu Trend-ə səfirlikdən deyiblər.
Diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
Bunu ANS PRESS-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Brüsselin Beynəlxalq Hava limanında terror aktı törədilib. ANS PRESS-in məlumatına görə, bu barədə Belçika hökuməti açıqlama yayıb. Eyni zamanda hava limanında daha bir partlayıcı qurğunun aşkar olunduğu bildirilir.
Hava limanında baş verən partlayış nəticəsində azı 17 nəfər həlak olub.
Yerli KİV-in məlumatına görə partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Maelbek metro stansiyasında baş verən parlayış nəticəsində isə 10 nəfər həyatını itirib.
Bundan əlavə metropolitenin daha bir stansiyasında - Şumanda partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.
Terror təhlükəsi yüskək olduğuna görə Brüsselin Cənub vağzalındakı insanlar təxliyyə edilir.
Şərhlər