Günün qoroskopu: həllini tələb edən problemlər sıralanır
23.03.2016 00:06 Sosreaksiya 1177
Qoç - ailə üzvləri və yaxınlarla dil tapmaq asan olmayacaq. Xoşagəlməz söhbət, fikir ayrılığı, mübahisə istisna deyil. Fəqət, neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Rəğbət bəslədiyiniz insanları özünüzdən incik salmayın. Axşam saatları romantik görüş və ya ailə üzvləri ilə birlikdə evdən kənarda istirahət üçün əlverişlidir.
Buğa - bu gün bir neçə mühüm problemi həll edə biləcəksiniz. İntellektual potensial yüksəkdir. Yaxşı ideyalar bir-birini əvəzləyir. İşgüzar intuisiyanız sizə yol göstərəcək. Önəm verməyə layiq olmayan işlərlə mühüm layihənin arasındakı fərqi hiss edəcəksiniz. Uğurlarınız diqqətdən kənarda qalmayacaq.
Əkizlər - nailiyyətləriniz ətrafınızdakı insanlardan bir neçəsini sevindirmir. Bu gün bədxahlarınızın sırasına daha bir nəfər qatılacaq. Günün ikinci yarısı zəngin və aktivdir. Ailə üzvləri, yaxınlarınızla təmaslara vaxt qalmayacaq. Birgə planın, sifarişin gerçəkləşdirilməsini sabaha saxlayın. Ailə üzvləriniz sizi anlayacaq, inciməyəcəklər.
Xərçəng - sakit, təmkinli, soyuqqanlı olun. Mürəkkəb və birmənalı olmayan gündə uğura nail olmaq üçün bütün bunlar labüd şərtlərdir. Sizi stabil durumdan çıxarmağa, hövsələnizi daratlmağa, sinirləndirməyə çalışacaqlar. Xoşagəlməz subyektlərlə söhbətlər xeyli vaxt alacaq. Əhvalınızı pozmağa kimsəyə imkan verməyin. İmkan varsa, özünüzü sevindirin.
Şir - bəyəndiyiniz kiçik əşyanı alın, ya da gəzintiyə çıxın. Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Bu gün başlanacaq münasibətlər qeyri-adi məcrada inkişaf edəcək. Təmaslar sürprizlər vəd edir: onlar hisslərinizi ayırd etməyə kömək edəcək.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Rəqibləri asanlıqla üstələyin, ciddi və kəskin rəqabətdə, mübarizədə qalib gəlin. Kiçik məsələlərdə güzəştə getmək olar. Lakin iş önəmli məsələyə çatanda sərt, inadkar və əzmli olun. Yalnız belə davranışla məqsədə çata bilərsiniz.
Tərəzi - gün çətin başlansa da, uğur şansınız az deyil. Yaranmış situasiyanı dəyişməyə, hadisələrə süni təkanlar verməyə çalışmayın. Vəziyyətdən xeyriniz üçün istifadə edin. Diqqəti özünüzə cəlb etməyə çalışmayın, yaxın ətrafınızdakı insanlara uğur və qələbələrinizdən bəhs etməyin. Kölgədə qalın, gələcəklə bağlı planlar hazırlayın.
Əqrəb - məhsuldar gündür. Bütün diqqəti işə yönəltsəniz, yaxşı nəticələrə nail ola bilərsiniz. İdeyalarınızdan birini rəhbərlik, yaxud da nüfuzlu şəxs dəstəkləyəcək. Lakin həmin işə başlamazdan əvvəl fəaliyyət planını hazırlayın. Belə plan olmadan yanlış istiqamət seçmək, diqqətə dəyməyən məsələlərə vaxt itirmək riski çoxdur.
Oxatan - təhsil və ya tədrisdə uğurlar istisna deyil. Bu gün aldığınız informasiya, əldə etdiyiniz bilgi az sonra karınıza gələcək. Gələcək barədə düşünün. Gerçəkləşəcəyi təqdirdə karyera pilləkəni ilə irəliləməyə və ya şəxsi həyatda müsbət dəyişikliklərə imkan verən plan yarana bilər. Axşam saatlarında aktiv istirahəti seçin.
Oğlaq - əməkdaşlığa başlamaq üçün uğurlu gündür. Yeni tərəf-müqabil aramaq, birgə layihə və ya sifariş üzərində işə başlamaq olar. Həmkarlar və rəhbərliklə asanlıqla dil tapırsınız. Önəmli toplantıda aramla, məntiqlə, emosiyasız danışın. Seminar və s. kimi tədbirlərə qatılmaq xeyirdir. İş yerini maaşın və ya gəlirin daha çox olduğu yerə dəyişmək imkanı var. Bu gün alacağınız işgüzar təklifi müzakirə etməyə, nəzərdən keçirməyə dəyər.
Dolça - səhər saatlarından etibarən fəal olun. Süstülk, astagəlliyi unudun. Amma "ağır oturub batman gəlin". Yeni tanışlıqlar, əlaqələr, imkanlar üçün əlverişli gündür. Lakin yalnız etimadınıza layiq insanla çalışın, onunla planı bölüşün. Şəxsi problemlərə başınız qarışmasın, işi unutmayın.
Balıqlar - gün kiçik problemlər və anlaşılmazlıqlarla başlayacaq. Həllini tələb edən problemlər sıralanır. Günün ilk yarısında dincəlmək, "nəfəs dərməyə" imkanınız olmayacaq. Ehtiyatlı, sərvaxt davranıb sayıq olsanız, belə çətin durumda səhvlərə yol verməyəcəksiniz. İşdə uğurlara nail olacaq, rəhbərliklə münasibətləri normallaşdıracaqsınız.
Milli.Az
Şərhlər