Rövşən Lənkəranskidən Dadaş Bakinskiyə ağır zərbə - "Qanuni oğru” titulu əlindən alındı
23.03.2016 18:38 Sosreaksiya 1278
Azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimovun bu günlərdə Rusiyadan deportasiya olundu və Azərbaycana göndərildi. Amma "qanuni oğru"nun səsi Ukraynadan gəldi. O hava limanında polisi və özünü bıçaqladı. Ağılasığmaz olayın baş vermə səbəbləriylə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bu ilin yanvar ayında Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana deportasiya olunan Dadaş İbrahimov (Dadaş Bakinski) Rövşən Lənkəranskinin dəvəti ilə Türkiyəyə gedib. Dadaş Bakinski orada surpirizlə qarşılaşıb. Beləki Lənkəranskinin təşkilatçılığı ilə, "vor zakonlar” Türkiyədə "sxodka”ya toplaşıb. Özünün də iştirak etdiyi yığıncaqda qərarə alınıb ki, Dadaş Bakinskinin nüfuzlu mafiozlar arasında yeri yoxdur. Nəticədə Dadaş Bakinskini bu tituldan məhrum ediblər. Bundan sonra Kiyevə gedən Dadaş Bakinski əsəblərinin pozulması və narkotik maddələrdən istifadə etdiyinə görə, Kiyevdəki "Borispol” hava limanında insident yaradıb. Nəticədə özünü və polisi bıçaqlayıb. ///Unikal.org
Şərhlər