Xanım Qarabağ qazisi dünyasını dəyişdi

07.07.2015 10:21     Sosreaksiya     1744

Xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə onun rəfiqələri sosial şəbəkələrdə yayıblar. İlkin məlumata görə, xanım müharibə veteranının ölümünə qanda şəkər xəstəliyi səbəb olub.

Reaksiya.Az-ın Anspress-ə istinadən məlumatına görə, Nərminə Abbasquliyeva 1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə köçüb. Nərminə xanım Xırdalanda boya-başa çatıb. 2 saylı orta məktəbi bitirdikdən sonra tibb texnikumunda təhsil alıb. Şəfqət bacısı idi. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Birinci Qarabağ savaşı iştirakçısı idi. Bir övladı var.

Allah rəhmət eləsin!

Şərhlər

Çox oxunanlar