Erməni əsgər başından vuruldu

24.03.2016 18:00     Sosreaksiya     1278

Məlumatı Ermənistan İstintaq komitəsi də təsdiqləyib.

Ermənistan ordusunun daha bir əsgəri həyatını itirib. ANS PRESS-in news.am saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin Qafanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Sevak Hambasumyan hərbi poliqon ərazisində güllə yarası almış vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində onun başından vurulduğu məlum olub. Məlumatı Ermənistan İstintaq Komitəsi də təsdiqləyib. Bildirilir ki, S. Hambasumyan aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq Komitəsinin hərbi istintaq idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Bir neçə gün əvvəl də işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində erməni hərbi qulluqçusu öldürülüb. Bu barədə erməni mətbuatı xəbər yayıb.

İnformasiyaya əsasən, ölümcül güllə yarası alan hərbi qulluqçu 1996-cı il təvəllüdlü Artyom Arsenoviç Varderesyandır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib. 

Həmin hadisədən əvvəl martın 15-də Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası alan erməni əsgərin meyiti tapılıb. Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Çox oxunanlar