Bakıda qadına ev vəd etdi, külli miqdarda pulunu mənimsədi - VİDEO
24.03.2016 23:14 Sosreaksiya 1127
Bakıda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs bir qadından külli miqdarda pul alıb ki, guya ona ev almaqda vasitəçilik edəcək. Amma pulu aldıqdan sonra qaçaraq aradan çıxıb. Qadının şikayəti ilə Yasamal polisi onu saxlayaraq istintaqa cəlb edib.
Zərərçəkmiş Bahar Əliyeva polis bildirib ki, ev almaq üçün rieltora müraciət edib. Stanislav Bünyatov qadına şirin vədlər verərək ona bir neçə ünvanda satılıq evin olduğunu bildirib və 2750 manat beh alıb.
Polis saxta rieltor kimi fəaliyyət göstərən 34 yaşlı Stanislav Bünyatovun bənzər əməllərinin olmasını istisina etmir.
Sumqayıt polisi isə evləri qarət edən şəxsi saxlayıb. Ceyranbatan bağları adlanan ərazidə yaşayan bir qrup sakin polisə şikayət edib ki, mənzilləri qarət edilib. Araşdırmalara başlayan polis hadisələri törətməkdə şübhəli bilinən Füzuli rayon sakini 45 yaşlı Şükür Quliyevi saxlayıb.
Şükür Quliyev evlərdən götürdüyü qızılların və pulun bir hissəsini qaytarsa da, qalan hissəsini "əritdiyini" deyib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şərhlər