Uşaq bağçasında yanğın: - 14 yaralı

25.03.2016 22:26     Sosreaksiya     1383

İlkin ehtimala görə bağçada yanğın divanın alışması nəticəsində başlayıb.

Rusiyada uşaq bağçasında yanğın olub. ANS PRESS-in ria.ru saytına istinadən verdiyi məlumata görə, hadisə Yekaterinburqun 8 mart küçəsində yerləşən özəl uşaq bağçalarından birində qeydə alınıb. Dərhal əraziyə polislər və yanğınsöndürənlər cəlb edilib və 3-5 yaş arası 10 uşaq və 4 əməkdaş evakuasiya edilib. Onların hamısına zəhərlənmə diaqnozu qoyulub. Yalnız uşaqlardan birinin əlləri və sinəsi yanıb.

Mənbənin sözlərinə görə, uşaqlar və dayələr şəhər xəstəxanasına çatdırılıblar, onlara tibbi yardım göstərilir. İlkin ehtimala görə bağçada yanğın divanın alışması nəticəsində başlayıb.

Hadisəni Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk Vilayəti üzrə idarəsinin rəisi Valeri Qorelıx də təsdiq edib.

Hazırda polislər uşaqların saxlanılma şəraiti və bağçanın fəaliyyəti üçün lazımı sənədlərin mövcudluğu, və bağçanın sahibinin müəyyənləşdirilməsi istiqamətində işlər aparırlar.

Rusiyada bundan əvvəl də yanvar ayında genişmiqyaslı yanğın qeydə alınıb.Yaroslavl vilayətində baş verən hadisə zamanı taxtadan tikilmiş 24 mənzilli ikimərtəbəli bina yanıb. Baş verən yanğın nəticəsində, 5 nəfər həlak olub. Onlardan 4-ü uşaq olub. 

Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. 
 

Hadisə yerinə cəlb edilən yanğınsöndürən avtomobillər
Hadisə yerinə cəlb edilən yanğınsöndürən avtomobillər

 

Şərhlər

Çox oxunanlar