Instagram-a vebdən baxanlara xoş xəbər

26.03.2016 19:50     Sosreaksiya     1325

"Instagram"ın veb versiyasına yeni funksiya artırılıb.

Artıq veb versiyada da bildirişlər bölməsi aktivdir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, səhifənin yuxarısında - sağ tərəfdə ürək simvolu ilə göstərilən bölmədən istifadəçilər son bəyənmə, rəy və işarələndikləri şəkillərdən xəbər tuta bilərlər.

"Instagram" belə hesab edir ki, mobil proqramda işlək bu funksiya veb versiyada da çoxlarının ürəyincə olacaq.

Sosial şəbəkə bundan öncə veb versiyasına axtarış bölməsini əlavə etmişdi. İstifadəçi bu hissədən yararlanaraq, istədiyi profili axtarıb paylaşımlarına baxa bilir.

Şərhlər

Çox oxunanlar