Qızıl hökm - Altay şaman dualarından - VİDEO

07.07.2015 12:56     Sosreaksiya     2504

Müqəddəs böyük Altayın dağları ilə danışan Sən,
Günəşin zirvəsinə çata bilmədiyi uca dağım, səcdə edib sarayına girə bilərəm? 
Qızıl hökmünü versən, nə olar? 
Müqəddəs Altayım! Rahatlıq və bərəkət versən, nə olar? 
Gözlərimizdən yaş axmasa, nə olar? 
Qızıl hökmünü göndərsən, nə olar?
Yarıda kəsilməyən bir qismət versən, nə olar?
Sağlamlığımıza, xoş günlərimizə bərəkət versən, nə olar? 
Indi gələcək ilə bərəkət versən, nə olar? 
Böyük Altayım, sənə qurban olsun başım, qarşında səcdə edirəm.
gözəl hökmünü versin.
Aylı, Günəşli, Ayaz Xaqan,
mübarək çöllər, yaraqları mübarək ağcaqayın ağacı,
yolda qalanı yoluna qovuşduran,
gur yanan ocağımın (RUHumun) sahibi
xalqıma ardı arası kəsilməyən qismət ver,
Hər zaman ruzulu olsun
Sayalı olsun
gur yanan ocağımın (RUHumun) sahibi, ruha biçim verən,
ağ buludlarla dolu səmadaki Gök Tenqri,
Bəslənəcək uşaqları, övladları yaradan, çoxalacaq sürülərə can verən
Müqəddəs suyum
Ağaran Göydə Ulduzum!
gəzdiyim, ayaq basdığım bu yurd rahat olsun.
Heç vaxt pis ruhları yaxın qoyma, yaxşı olsun.
Mən qamlayaraq dua etdim,
Bərəkətli süd versən, nə olar?
Dar otlaqlar geniş olsa, nə olar?
Meşəlik, daşlıq Altayımız,
Yalvarmağa, ağlamağa bizi məcbur etmə.
Yer üzündə nə qədər xalq varsa, o qədər yaxşılıq bəxş et.

Şərhlər

Çox oxunanlar