İŞİD-in canlı bombası Bakıda

27.03.2016 20:35     Sosreaksiya     1816

Azərbaycanda tanınmış dini radikllardan olan Üzeyir Simirov döyüşmək üçün Suriyaya getsə də, arzusuna çatmayıb.

Bu barədə Moderator.az saytı elektron ünvanına gələn məktuba əsasən məlumat yayıb.

Məktubda qeyd edilir ki, Üzeyir Simirov Türkiyənin Qaziantep şəhərində saxlanılaraq, Azərbaycana deportasiya edilib. Hazırda Üzeyir Simirovun Bakının Qala kəndi, «Ləzgi» məscidi, Dərnəgül və sairə yerlərdə İŞİD ideologiyasını yaymaq və gəncləri cəlb etmək üçün hücrə evləri təşkil etmək cəhdləri göstərdiyi bildirilir:

«Simirov Üzeyir Türkiyədə saxlanılmamışdan əvvəl radikal cihadçıların lideri Abu Hanzala camaatı ilə əlaqədə olub. Simirov Üzeyirin həyatı çox qaranlıqlıdır. O, Azərbaycanda ilk dəfə cihad ideologiyasını təbliğ edənlərdəndir. Simirov Üzeyr Əl-Qaidənin üçüncü şəxsi sayılan Əbu Yəhya əl-Libi tərəfindən hazırlanmışdır. Əbu Yəhya əl-Libi 1996-1999 ci ildə Azərbaycanda olanda heç kim onun Əl-Qaidənin önəmli şəxsi olduğunu bilmirdi. Əbu Yəhya əl-Libi Azərbaycana o zamanlar Mərakeş pasportu ilə gəlmişdi və o zaman Azərbaycanda fəaliyyət göstərən “Əl-Hərameyn” xeyriyyə təşkilatının Yasamal rayonu, Alatava məhələsində yerləşdiyi ofisinin direktoru idi. Simirov Üzeyir o zaman Əbu Yəhya əl-Libinin köməkçisi idi. Əbu Yəhya əl-Libi 1999-cu ildə Azərbaycan rayonlarında qanunsuz dini təbliğat apardığı üçün həbs edilsə də, onun əsl kimliyi bilinməmişdir və Azərbaycandan deportasiya edilmişdir. Simirov Üzeyir Əbu Yəhya əl-Libinin kim olduğunu bilən yeganə şəxs idi.

11 Sentyabr hadisələrindən sonra “Əl-Harameyn” xeyriyyə təşkilatı Səudiyyə Ərəbistanı başda olmaqla bütün ölkələrdəki filiallarını bağlamış və təşkilatın mərkəzi ofisinin rəhbəri Şeyx Abdurrahman əl-Aqil Səudiyyə dövləti tərəfindən həbs edilmişdir.

Əbu Yəhya əl-Libi 2012-ci ildə Vəziristanda amerkanlılar tərəfindən öldürülmüşdür».

Məktubda vurğulanır ki, Simirov Üzeyir əl-Libi ilə birlikdə Pankisi dərəsində olub və partlayıcılardan istifadə etmək təlimlərini alıb: “Əl-Harameyn” xeyriyyə təşkilatı Simirov Üzeyirə Qobustanda məscid və mədrəsə tikmək üçün o zaman 1 milyon dollar maliyyə ayırmışdı. Məscid hazırda da qanunsuz fəaliyət göstərir və İŞİD ideologiyasının təbliğ edildiyi mərkəzlərdən biridir. Qobustanda — Simirov Üzeyirin qanunsuz fəaliyət göstərdiyi məscidə Qaradağ rayonunda BP və Səngəçal terminalında işləyən insanların cəlb edilməsinə çox önəm verilir.

Simirov Üzeyir çox çalışır ki, BP və Səngəçal terminalında işləyən insanları ətrafına cəlb etsin. Bu da onun pis məqsədlər güdməsinin göstəricisidir.

Simirov Üzeyir məscidləri dolaşır və dindarları İŞİD-ə qatılmağa çağırır. Suriyaya İŞİD-ə qatılmağa getmək istəyənləri bilet və yol pulu ilə təmin edir və Türkiyədə əlaqdə olduğu Abu Hanzala camaatına göndərir.

Simirov Üzeyrin Azərbaycanda intihar əməliyyatı təşkil edərək terror həyata keçirməsi an məsələsidir».

Sonda məktub müəllifi rəsmi qurumları tədbir görməyə çağırıb.

Şərhlər

Çox oxunanlar