Gədəbəydə “Jiquli” traktorla toqquşub - yaralılar var

28.03.2016 10:16     Sosreaksiya     1096

Gədəbəydə 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Reaksiya.info  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz yurd kəndində qeydə alınıb.
 
Rayon sakini, 1985-ci il təvəllüdlü Teymur Şirinovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə 1970-ci il təvəllüdlü Fizuli Zeynalovun idarə etdiyi “MTZ-82L” markalı traktor toqquşub.
 
Qəza zamanı “VAZ”-ın sürücüsü və sərnişinləri, 1996-cı il təvəllüdlü Bəhruz Bayramov, 1989-cu il təvəllüdlü Vüqar Bayraməliyev və 1995-ci il təvəllüdlü Araz Musabəyov müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Gədəbəy Mərkəzi rayon xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Faklta bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar