Bayram günlərində neçə nəfər həkimə müraciət edib?

28.03.2016 10:48     Sosreaksiya     788

Bayram günlərində Təcili Tibbi Yardıma 2200 müraciət daxil olub.

Bu barədə AzVision.az-a  Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. 

“İlkin yardımla bağlı həkim briqadalarımız tam hazır vəziyyətdə olub və işlərini lazımi səviyyədə icra ediblər. Bu müddət ərzində işimizdə heç bir problem yaranmayıb. Çağırışlar arasında mövsümi müraciətlər çoxluq təşkil edib. Yanıq və ya zəhərlənmə ilə bağlı müraciətlər daxil olmayıb. Müraciətlər əsasən, yüngül soyuqlamalar, respirator xəstəliklər, təzyiq, ürək-qan damar, sinir sistemi xəstəlikləri ilə bağlı olub”,-deyə Rauf Nağıyev bildirib.

Şərhlər

Çox oxunanlar