Azərbaycan üzərindən keçən Ukrayna-Çin qatarı geri qayıda bilmir

28.03.2016 16:40     Sosreaksiya     928

Economics. Ukrayna-Gürücstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarı Çindən geri qayıda bilmir.


"APA-Economics" "Ukrainskaya pravda" qəzetinə istinadən xəbər verir ki, buna səbəb müştərilərin olmamasıdır: "Müştəri olmadığından vaqonlar boşdur və bu səbəbdən qatarı geri qayıda bilmir. Bu proses adıçəkilən qatara bu qədər diqqətin olduğu bir vaxtda baş verir. Ukrayna və bir sıra Avropa ölkələrinin diqqəti bu qatarda idi. Qatarın hərəkəti üçün əlverişli şərait yaradılıb. Bundan öncə imzalanan sənədlərə görə, qatar beş ölkə ərazisindən gömrük yoxlaması aparılmadan keçir".

 

Xatırladaq ki, 20 vaqondan ibarət sınaq qatarı yanvarın sonunda İlyiçevsk limanından Ukrayna-Gürücstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yola düşüb. Əvvəlcədən qatarın 11-12 sutkaya Çinə çatacağı proqnozlaşdırılsa da, bu, 15,5 sutkaya baş verib.

Şərhlər

Çox oxunanlar