Bakıdakı müəmmalı titrəmənin səbəbi - vulkan, yoxsa zəlzələ?
28.03.2016 18:00 Sosreaksiya 834
"Ötən gün günorta saatlarında Qobuda baş verən və binaların silkələnməsinə səbəb olan titrəmə vulkanların oyanmasına təsir göstərməyib və göstərəcəyi də gözlənilmir".
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, həmin titrəmənin nə vulkan, nə də zəlzələ ilə heç bir əlaqəsi olmayıb: “Haradasa partlayış olubsa, o demək deyil ki, bu vulkandır, ya da zəlzələdir”.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Trend-ə bildirib ki, aparılan analizlər həmin titrəmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığını təsdiqləyib: “Həmin vaxt Qobuda müəyyən dalğalar qeydə alınıb. Amma bu, zəlzələ olmayıb. Biz analiz etdik və gördük ki, burada zəlzələ əlaməti yoxdur. Bunun nə olması ilə yəqin ki, aidiyyəti qurumlar maraqlanar”.
Xatırladaq ki, ötən gün günorta saatlarında Qobuda baş vermiş titrətmə Yasamal və Səbail rayonlarında binaların silkələnməsinə də səbəb olub.
Şərhlər