Sabah Bakının bir rayonunda içməli su olmayacaq

28.03.2016 18:50     Sosreaksiya     822

Sabah Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Gün.Az-a “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Ceyranbatan-Binəqədi magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 29 mart 2016-cı il tarixdə gün ərzində Binəqədi qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Çox oxunanlar